aydın səma

ру безоблачное небо en clear sky de unbedeckter Himmel fr ciel clair es cielo despejado it cielo scoperto
avtomatik tənzimləmə
ayırma
OBASTAN VİKİ
Səma
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.
Aydın
Aydın — Azərbaycan kişi adı. Aydın Ata — türk mifologiyasında əfsanəvi ozan. Aydın Feyzullayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Aydın Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Əhmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Rüstəmov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Bəşirov — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi. Aydın Kələntərli — neft hasilatı sahəsində tanınmış Azərbaycanlı alimi. Aydın Mirzəzadə — Azərbaycan Respublikası II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı. Aydın Ələkbəroğlu — siyasətçi Aydın Əfəndi — rusdilli Azərbaycan şairi Aydın Həsəni — Aydın Paşacanov — Aydın Rəcəbov — Azərbaycan xalçaçı-rəssamı Aydın Ağabəyov — Aydın Abıyev — ədəbiyyatşünas Aydın Əzim Kərimoğlu — bəstəkar Aydın İbrahimov — güləşçi.
Aydın Abi Aydın (Aydın Abiyev)
Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu – 16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri doktoru (1997), professor (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abıyev 1957–1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Aydın Abıyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abıyev 1978–1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981–1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Aydın Abıyev 1968-ci ildə "Görkəmli türk yazıçısı Ömər Seyfəddinin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Abıyev 1997-ci ildə "XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Gülnar Səma
Gülnar Səma, Gülnar Qasımlı (1986, Dondar Quşçu, Tovuz rayonu) — Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, kitab, poema və monoqrafiya yazıçısı."Gənc Ədiblər Məktəbi"nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının "Gündəlik Analitik İnformasiya Agentliyi"nin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri. == Həyatı == Qasımlı Gülnar Vaqif qızı 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi Tovuz rayon Dondarquşçu kənd orta məktəbində bitirib. === Təhsili === 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş, 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya daxil olmuşdur. 2014-cü ildə Azərbaycan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. == Fəaliyyəti == 2009–2014-cü illərdə Tovuz rayonu Muncuqlu kənd ümumi-orta məktəbində, 2014–2015-ci tədris illərində "Hədəf" hazırlıq kurslarında müəllim işləyib. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. 2009 və 2014-cü il bələdiyyə seçkilərində Tovuz rayonu Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Məleykə Səma
Məleykə Səma (Məleykə Əhmədova) — Qarabağ müharibəsinin ilk günlərindən həkim-cərrah olaraq ermənilərlə döyüşlərdə yaralanmış yüzlərlə Azərbaycan əsgərini ölümdən qurtaran birinci dərəcəli tibb xidməti kapitanı, "Azərbaycan bayrağı" ordenli. Məleykə Səma Ermənistanın Loru mahalının Allahverdi (Tumanyan) rayonunda anadan olmuşdur. Məleykənin üç qardaşı şəhid olub, atası Əhməd kişi isə üçüncü şəhid oğlu - Kamandarın ölümünə dözməyərək həyatla vidalaşıb. 1988-ci ildə Ermənistandan qovularkən qardaşı Yaqub Əhmədov ermənilər tərəfindən qətlə yetirilmişdir. Daha sonra kiçik qardaşı 16 yaşlı Səyyad Əhmədov da ermənilər tərəfindən suda boğularaq öldürülmüşdür. Böyük qardaşı Kamandar Əhmədov Qarabağ uğrunda müharibədə şəhid olmuşdur. Kamandar Əhmədov Bakıda Şəhidlər xiyabanında torpağa tapşırılıb. Bakı küçələrindən biri Kamandar Əhmədovun adını daşıyır. 2006-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məleykə prezident İlham Əliyevin sərəncamına əsasən, İkinci Fəxri xiyabanda dəfn edilibdir.
Səma (rəqs)
Səma və ya Sama (Ərəbcə: سماع) — sufilərin musiqisi olub, onun dinləyərək rəqqasların ruha gəlib və fırlanaraq rəqs etməsi sayılır. Ərəbcə "eşitmək" mənasını verən "səmi" sözü, məcazi olaraq "musiqi, nəğmə, rəqs" deməkdir. Zaman keçdikcə sufilər və din xadimləri bu nəğmələrə qulaq asaraq, ayaqüstə fırlanaraq Allaha zikr etməyə başlayırlır. 13-cü yüzillikdə Mevlanə tərəfindən dini nəğmə dünyada daha geniş miqyasda yayılmağa başlayır və ayin halına çevrilir. 2008-ci ildə UNESCO-nun Mədəniyyət irsinə daxil edilir. Sufilər İslamı qəbul etdikdən sonra səmanı, vəhfi, musiqi və şeir dinləyərək qalxıb hərəkət etməyə dönməyə başlayır. İslam dünya meydana gəldikdən sonra onun səmavi din olub-olmaması çox sual meydana çıxartdı. Bu din gəlməmişdən öncə sufilər bir çox halal olanları haram qəbul etmişdilər. Sufilər bir yerə yığlıb, müzakirələr aparır, nəsihətlər verilir və Allah inam, etibar və sevgisinə dair şeir və ilahilər oxunurdu. Şeir və musiqilər gözəl səsə malik olan şəxslər tərəfindən söylənirdi.
Səma Altı
"Səma Altı" (çin. 天下; Tyənsya) — Çin dilində milli və mədəniyyət konsepti. Bu konseptin Şan sülaləsi zamanı yaranması ehtimal edilir. Odlar Yurdu Mizoguchi Yuzo, et al. Chūgoku Shisō Bunka Jiten 中國思想文化事典, Tokyo University Press, 2001. Hayashiya Tatsusaburō, Nihon no Rekishi 12 - Tenka Ittō 日本の歴史 12 - 天下一統, Chūō Kōron Publishing, 1966. Tamagake Hiroyuki, Nihon Chūsei Shisōshi Kenkyū 日本中世思想史研究, Perikan Publishers. 1998. Mizubayashi Takeshi, et al. Taikei Nihon-shi 2 - Hōshakai-shi 体系日本史 2 - 法社会史, Yamakawa Publishing.
Səma Aydəmir
Səma Aydəmir (17 avqust 1985, Bursa) — Türkiyəli yüngül atlet. 2012-ci il London Olimpiadasında 4x400 m estafet yarışında iştirak etmək hüququ qazandı. O, 6 iyun 2012-ci ildə Ankarada keçirilən yarışda 400 m maneəli qaçışda 56,62 saniyə ilə ən yaxşı dərəcəsini əldə edib.
Səma mannası
Səma mannası — dini əfsanəyə görə səhrada dolaşan israillilər üçün göydən tökülən azuqə (Yunan: μάννα;Ərəbcə: اَلْمَنُ;bəzən mana, kişi və ya manna kimi də istifadə olunur); Xristanların Müqəddəs Kitabı İncilə görə, bu, İsrail övladlarının Misirdən çıxdıqdan sonra və Kənanı fəth etməzdən əvvəl səhra səfərləri zamanı Allahın onlara göndərdiyi yeməkdir. Bu yemək Quranda üç dəfə qeyd edilmişdir. Manna Müqəddəs Kitabın "Çıxış" kitabının 16-cı fəslində, "Saylar"ın 11-ci fəslində və Quranın 2-ci fəslində rast gəlinir. Çıxış kitabının 16-cı fəslindəki qeydlərə görə, israillilər Misiri tərk etdikdən sonra ikinci ayın 15-də manna peyda oldu. O zaman Musa israilliləri Elimlə Sinay arasındakı Sin səhrasına apardı. Yeməyə heç nə yox idi. İsrail xalqı Musaya şikayət etdi ki, aclıqdan öləcəklər. Sonra Rəbb Musaya İsrail övladlarına yemək verəcəyini vəd etdi. Həmin gecə Yehova onlara yemək üçün manna göndərməyə başladı və o gündən israillilər 40 il fasiləsiz manna yedilər. Manna gecə vaxtı şehlə birlikdə düşərgəyə düşdü və bu, don kimi bir az yuvarlaq bir şey idi.
Səma mexanikası
Göy mexanikası (ing. celestial mechanics) — mexanika qanunlarının köməyi ilə göy cismlərinin hərəkətini öyrənən astronomiya bölməsi. Göy mexanikası Ay və planetlərin fəza koordinatlarını hesablayır, Ay tutulmasının vaxtını və yerini müəyyən edir, kosmik cisimlərin real hərəkətini dəqiqləşdirir. Göy mexanikası Günəş sistemini, planetlərin Günəş ətrafında, peyklərin planetlər ətrafında dövr etməsini öyrənir. Həmçinin bu elmi sahə ilə kometa və kiçik planetlərin hərəkətinin trayektoriyasının hesablanır. Uzaq planetlərin və ulduzların hərəkətini bəzən əsrlərlə müşahidələrdən bilmək olur. Günəş sisteminin cisimlərinin hərəkəti isə gözlə də görünə bilər. Onun öyrənilməsi İohan Keplerin (1571–1630) və İsaak Nyutonun (1643–1727) əsərlərindəki göy mexanikası qanunları ilə başladı. Bununla yanaşı bilavasitə göy mexanikasında öyrənilən məsələlərə misal olaraq aşağıdakıları göstərmək olar: Bilavasitə Nyutonun ümumdünya cazibə qanunu ilə bağlı astronomiya məsələləri Cazibə nəzəriyyəsi-tərpənməz cisimlərin qravitasiya sahəsi haqqında təlim n {\displaystyle n} cisim məsələsi-bir-birini Nyutonun ümumdünya cazibə qanunu ilə cəzb edən n {\displaystyle n} maddi nöqtənin hərəkəti Birinci yaxınlaşma hesab edilən bu nəzəriyyədən Eynşteynin qravitasiya nəzəriyyəsi əsasında n {\displaystyle n} cismin hərəkətinin relyativist nəzəriyyəsi və s.
Səma məbədi
Səma məbədi (天壇|Tiāntán/Tyantan) — Pekində yerləşən tarixi abidə. Çinin ən böyük tarixi abidələrindən biri olan Səma Məbədi 500 ildən artıqdır ki, mövcudur. O, Pekinin mərkəzindən cənubda yerləşmişdir. Onun əsas binalarının damı səma rəngində, mavi minalı kirəmitlə örtülmüşdür. Səma Məbədi Min sülaləsi dövründə, 1420-ci ildə imperator Yun Le tərəfindən inşa edilmişdir. Onun ilkin adı – Səma və Yer Məbədi idi, belə ki, burada həm Göyə, həm də Yerə dualar oxunurdu. 1530-cu ildə Pekinin şimalında yer məbədi salınmışdır və bundan sonra Səma məbədi imperatorların Səmaya ibadət etmələri üçün xüsusi yerinə, eləcə də yüksək məhsul üçün dualar oxunan yerə çevrildi, burada həmçinin tufana, buluda dualar edir və əcdadları yad edirdilər. Səma məbədinin ümumi sahəsi 266,7 ha təşkil edir. Məbədin ərazisi iki divarla dövrələnmişdir. Məbədin bütün ərazisini əhatə edən xarici divar 6625 metr təşkil edir.
Səma obyektləri
Astronomik obyekt, göy cismi və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur. Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir. Kainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar. Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır. Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur. Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər.
Səma Ramazanoğlu
Səma Ramazanoğlu (25 avqust 1959, Dənizli) — Türk həkim və siyasətçisi, Türkiyə Respublikasında keçmiş Ailə və Sosial Siyasətlər naziri. 4 noyabr 2015-ci il - 24 may 2016-cı il tarixləri arasında Türkiyənin 64-cü hökumətində Türkiyə Respublikası Ailə və Sosial Siyasətlər naziri vəzifəsində çalışıb. O, ilk dəfə 2015-ci ilin noyabrında Türkiyədə keçirilən ümumi seçkilərdə Dənizlidən millət vəkili olaraq parlamentə seçilib. Ramazanoğlu deputat və nazir olmazdan əvvəl 2003-2009-cu illərdə keçmiş baş nazir və Ədalət və İnkişaf Partiyası lideri Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi olub. O, həm də Ədalət və İnkişaf Partiyasının qurucularındandır. Bacısı Səlma Aliyə Kavaf da 2009-2011-ci illərdə Ədalət və İnkişaf Partiyasından nazir olub. Səma Ramazanoğlu 25 avqust 1959-cu ildə Dənizlidə Niyazi və Gülsərən Bostancı cütlüyünün qızı olaraq dünyaya gəlib. İlk və orta təhsilini Dənizlidə başa vurduqdan sonra 1983-cü ildə Ankara Universiteti tibb fakültəsini bitirmişdir. Təhsilini başa vurduqdan sonra müxtəlif səhiyyə ocaqlarında həkim işləyib. O, İsveçrənin Bern Universitetinin xəstəxanasında və doğum evində radiologiya üzrə rezidenturanı bitirib.
Səma buğası
Səma buğası, həmçinin Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası və ya Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Səma öküzü
Səma buğası, həmçinin Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası və ya Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Səma sferası
Səma sferası və ya göy sferası (lat. orbis coelestis) — göy cisimlərinin proqnozlaşdırıldığı ixtiyari radiuslu xəyali sfera: müxtəlif astrometrik problemləri həll etmək üçün istifadə olunur. Səma sferasının mərkəzi kimi müşahidəçinin gözü götürülür; bu halda müşahidəçi həm Yerin səthində, həm də kosmosun digər nöqtələrində yerləşə bilər (məsələn, onu Yerin mərkəzinə aid etmək olar). Yerdəki müşahidəçi üçün səma sferasının fırlanması səmadakı işıqlandırıcıların gündəlik hərəkətini təkrarlayır. Hər bir göy cismi, sferanın mərkəzini cismin mərkəzi ilə birləşdirən düz xətt ilə kəsişdiyi göy sferasında bir nöqtəyə uyğundur. Səma sferasında işıqlandırıcıların mövqelərini və görünən hərəkətlərini öyrənərkən bu və ya digər fəza koordinat sistemi seçilir. İşıqlandırıcıların səma sferasında mövqelərinin hesablanması göy mexanikası və sferik triqonometriyadan istifadə etməklə aparılır və sferik astronomiyanın mövzusunu təşkil edir. Dünyanın oxu dünyanın mərkəzindən keçən xəyali bir xəttdir və onun ətrafında səma sferası fırlanır. Dünyanın oxu göy sferasının səthi ilə iki nöqtədə kəsişir — şimal qütbü və cənub qütbü. Göy sferasına daxildən baxdıqda səma sferasının fırlanması şimal qütbünün ətrafında saat əqrəbinin əksinə baş verir.
Səma Həsənli
Səma Həsənli (8 may 2006, Qax, Azərbaycan) — Azərbaycanlı peşəkar qadın futbolçu. "Qəbələ" klubunun, həmçinin Azərbaycanın qadınlarda ibarət U19 millisinin yarımmüdafiəçisi 2022-ci ilə qədər "UGİM Qax" klubunda çıxış edib 2022-ci ildən "Qəbələ" klubunda çıxış etməyə başladı. (Bəzi mənbələrə görə, "UGİM Qax" klubu adını dəyişərək "Qəbələ" qoymuşdur). 2021-ci ildə artıq U17 millisində çıxış etməyə başladı.
Emre Aydın
Əmrə Aydın (2 fevral 1981, İsparta) - Türkiyə müğənnisi == Həyatı == Əmrə Aydın 2 fevral 1981-ci ildə anadan olmuşdur. == Karyerası == Gənc ifaçı 15-ci MTV Avropa musiqi mükafatlandırma mərasimində “Avropanın ən yaxşı sənətçisi” adına layiq görülüb.
Nizami Aydın
Sezai Aydın
Sezai Aydın (15 fevral 1952, Ankara – 20 dekabr 2021, İstanbul) — türk teatr, kino, serial aktyoru və səs aktyoru. O, daha çox Con Rembo, Rokki Balboa, Bill Kosbi və Fred Flintston obrazlarını səsləndirməsi ilə tanınır. Sezai Aydın 1952-ci il fevralın 15-də Ankarada anadan olub. Ankara Universiteti İqtisadiyyat və Ticarət Elmləri Akademiyasının məzunu olan Aydın şəhər teatrı sənətçisidir və bu günə qədər bir çox tamaşada çalışıb. Keçiören Bələdiyyəsində bir müddət "Şənbə şənbəsi" adlı uşaq əyləncə proqramına rəhbərlik edən, eyni zamanda kamera qarşısına keçərək film və seriallarda rol alan Aydın illərdir bir çox yerli və xarici obrazları səsləndirib. Başkent Rabitə Elmləri Akademiyasında səs və aktyorluq təhsili də verib. Aydın 20 dekabr 2021-ci ildə İstanbulun Ümraniye rayonunda şəkərli diabetlə bağlı ürək çatışmazlığından dünyasını dəyişib. 22 dekabr 2021-ci ildə Şakirin məscidində qılınan cənazə namazından sonra Qaracaəhməd qəbiristanlığında dəfn edilib. Oğlu Arda Aydın atasının ölümündən 8 ay əvvəl şəkər xəstəliyinə bağlı səbəblərə görə sağ ayağının amputasiya edildiyini bildirib.
Xanım Aydın
Xanım Aydın (8 may 1984; Bakı, Azərbaycan SSR) — azərbaycanlı yazıçı, şair, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2016) Xanım Aydın 1984-cü il mayın 8-də Bakı şəhərində anadan olub. 1990–2001-ci illərdə 171 saylı tam orta məktəbdə, 1991–1996-cı illərdə S.Ələsgərov adına 1 saylı incəsənət məktəbinin fortepiano sinfində təhsil alıb. 2015–2020-ci illərdə V.N.Karazin adına Xarkov Milli Universitetinin "Rus dili filologiyası" fakültəsində ali təhsilini tamamlayıb. 2014–2016-ci illərdə Bakı Slavyan Universitetinin "Yaradıcılıq" fakültəsində təhsil alıb. 2014-cü ildən Xanım Aydın imzasıyla ədəbi mühitdə tanınmağa başlayıb. Həmin ildən "Ulduz", "Azərbaycan", "Literaturnıy Azerbaycan", "Yazı", "Dünya ədəbiyyatı" jurnalları, "Kaspi", "525-ci qəzet", "Ədəbiyyat qəzeti", "Mir literaturı" və s. qəzetlərdə məqalə, hekayə, şeir və tərcümələri müntəzəm şəkildə dərc olunub. 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün verdiyi "Prezident Təqaüdü"nə layiq görülüb.
Aydın Ələkbəroğlu
Aydın Ələkbəroğlu Abdullayev (1946, Şuşa, — 1995, Bakı) — Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı, yazıçı, tərcüməçi, 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı == Həyatı == Aydın Ələkbəroğlu 1946-cı ildə Şuşada anadan olmuşdur. Əslən Qubadlının Eyvazlı kəndindədir. Bakıda 44 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinin ərəb bölməsində təhsil almışdır (1964-1970). Misirdə (1967) və Yəməndə (1970-1972) tərcüməçi işləmişdir. 1974-cü ildən ömrünün sonunadək Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsində çalışmışdır. 1990-1995-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olmuşdur. == Yaradıcılığı == Ədəbi yaradıcılığa 1966-cı ildə «Göyərçin» jurnalında dərc etdirdiyi «Təəccüblənmə, Elxan» adlı uşaqlar üçün yazılmış hekayə ilə başlamışdır. Bundan sonra dövri mətbuatda tez-tez maraqlı əsərlərilə çıxış edən müəllif oxuculara «Nübar» (1980), «Dağlar o dağlar deyil» (1984), «Gərək belə olmayaydı» (1988) və b. kitablarını təqdim etmişdir. === Bədii tərcümələri === Yazıçı bədii tərcümə ilə də məşğul olmuş, Şərq ədəbiyyatından nümunələri dilimizə tərcümə etmişdir.
Birol Aydın
Birol Aydın (1969, Gümüşhane ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Birol Aydın 1969-cu ildə Gümüşhane ilinin Şiran ilçəsində anadan olub. İbtidai və orta təhsilini Gəbzə ilçəsində alıb. Tunisin Zeytun Universiteti İslam Sivilizasiyası Bölməsindən məzun olub. Milli Gənclər Vəqfində (MGV) və Anadolu Gənclər Dərnəyində çalışıb. 2007-2014-cü illərdə Beynəlxalq Gənclər Forumunun (IYFO) İdarə Heyətində təmsil olunub. 2007-ci ildən İqtisadi və Sosial Araşdırmalar İnstitutunun (ESAM) İdarə Heyətinin üzvüdür. Siyasi fəaliyyəti ərzində Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Fəzilət Partiyasında Kocaeli il şöbəsinin İdarə Heyətinin üzvü olub. Səadət Partiyasında isə 2002-2006 və 2014-2017-ci illərdə Kocaeli il şöbəsinin sədri, 2010-2019-cu illərdə sədrin müavini vəzifəsində çalışıb.
Kamil Aydın
Kamil Aydın (25 mart 1963, Ərzurum ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Kamil Aydın 25 mart 1963-cü ildə Ərzurum ilində anadan olub. Atatürk Universiteti Fənn və Ədəbiyyat Bölməsindən məzun olub. Həmin universitetdə Ədəbiyyat Bölməsində magistr dərəcəsi, İngiltərənin Vorvik Universitetində isə PhD dərəcəsi alıb. Atatürk Universitetində senatının üzvü, şöbə müdiri və İntizam Komitəsinin üzvü vəzifələrində çalışıb. Media, mədəniyyət, incəsənət, təhsil, ədəbiyyat və beynəlxalq əlaqələr sahələrində layihələri, işləri, araşdırmaları və tədqiqatları olub. MHP sədrinin müavinidir. İyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Ərzurum ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Milli Müdafiə Komissiyasının üzvü, TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının sədr müavini, TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifələrində çalışıb. 28-ci çağırışda TBMM Xarici İşlər Komissiyasının üzvü, NATO Parlament Assambleyasının üzvü, ATƏT Parlament Assambleyasının üzvü vəzifələrində təmsil olunub.
Yavuz Aydın
Yavuz Aydın (1972, Trabzon ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Yavuz Aydın 1972-ci ildə Trabzon ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Trabzon ilində alıb. Trabzon ilində Ticarət Peşə Liseyini bitirib. Lissabonda NOVA Universiteti Hüquq Bölməsindən məzun olub. Səhiyyə, turizm və inşaat sahəsində çalışıb, təsisçi, tərəfdaş və menecer olub. Trabzon İş Adamları Dərnəyinin (TİAB) üzvü, Beşidüzü Mədəniyyət və Yardımlaşma Dərnəyinin (BEŞİK-DER) üzvü, Səhiyyə İşəgötürənləri Dərnəyinin (SEİS) üzvü, Beşidüzü İdman Klubunun İdarə Heyətinin üzvü və İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Trabzon ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evli və 3 uşaq atasıdır.